Cəmiyyət

Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi yolunun bir hissəsi bağlanıb

Sharing is caring!


Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsi bağlanıb.

APA xəbər verir ki, Zaqatala şəhərinin girişindəki Tala çayı üzərindəki körpünün əsaslı təmiri ilə əlaqədar bu gün səhər saatlarından yolda hərəkət məhdudlaşdırılıb.

Balakən və əks istiqamətdə hərəkət edən bütün növ avtomobillər şəhərin digər girişindəki körpüdən istifadə edəcəklər.

Qeyd edək ki, təmirə bağlanan körpü 1967-ci ildə istifadəyə verilib. Körpü istifadəyə verilən zaman uzunluğu 132 metr, eni yeddi metr olub. 2017-ci ildə Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun 124-184-cü kilometrliyində yenidənqurma və əsaslı bərpa işləri aparılan zaman Tala çayı üzərindəki körpü əsaslı təmir edilib. Təmirdən sonra körpüdə hərəkət zolağının eni 10 metr, piyada zolaqları isə üç metr təşkil edib. Lakin körpüdə təmir aparılan zaman konstruksiya işləri düzgün aparılmadığından körpünün hər iki başı tez-tez dağılaraq yararsız hala düşürdü. Bu da avtomobillərin körpüdən hərəkətində çətinliklər yaradırdı. Demək olar ki, körpünün hər iki başı həftə ərzində iki dəfə təmir edilirdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir