Cəmiyyət

Zaqatalada beşotaqlı ev yandı – FOTO

Sharing is caring!


Zaqatalada beşotaqlı fərdi yaşayış evi yanıb.

APA-nın məlumatına görə, yanğın hadisəsi bu gün axşam saat 18:40-da rayonun Əliabad qəsəbəsində, qəsəbə sakini Fatimə İsa qızı Arzumanova məxsus, ümumi sahəsi 120 kvadratmetr olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Evin yaxınlığındakı digər tikililər yanğından xilas edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir