Cəmiyyət

Yaş aralıqlarına görə, hemoqlobin necə olmalıdır?

Sharing is caring!


“Hemoqlobin 11-dən aşağıdırsa, uşaq anemiya xəstəsidir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” səhifəsində canlı yayımda nazirliyin mütəxəssis eksperti, pediatr Tərlan Əyyubov deyib.

Həkimin sözlərinə görə, yeni doğulanlarda hemoqlobin 13,5-dən aşağı olanda uşaq anemiya hesab olunur:

“Körpənin üç ayına qədər hemoqlobini 11-ə düşür. 12 yaşına qədər isə hemoqlobini 11 olur. 14 yuxarı hesab edilir. 11-dən aşağı təhlükədir”.

Tərlan Eyyubov sonda əlavə edib ki, talassemiya daşıyıcısı olan uşaqlardan qorxmaq lazım deyil:

“Heç bir halda həyatı üçün təhlükə törətmir. Uşaq tələf ola bilməz. Lakin bu uşaq gələcəkdə özü kimi talassemiya daşıyıcısı olan biri ilə ailə həyatı qursa, o zaman uşaqların xəstə olma ehtimalı yüksəkdir. Buna xüsusi diqqət edilməlidir”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir