İdman

“Sabah” FİBA Avropa Kubokunda ikinci qələbəsini qazanıb

Sharing is caring!


“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun 2023/2024 mövsümündə ikinci oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu Şimali Makedoniyada təşkil olunan təsnifat mərhələsində yerli “Rabotniçki” ilə qarşılaşıb.

İlk qarşılaşmada Niderland “Donar”ından güclü olan təmsilçimiz meydan sahibləri ilə görüşdən də qalib ayrılıb – 75:72.

Qeyd edək ki, A qrupunda yer alan “Sabah” sonuncu oyununu oktyabrın 5-də “Rapid”ə (Buxarest, Rumıniya) qarşı keçirəcək. Bu qarşılaşma qrupun qalibini müəyyənləşdirəcək. İki turdan sonra kollektivlər maksimum – dörd xala malikdirlər və ilk iki pilləni bölüşdürürlər.

Xatırladaq ki, qrup qalibi FIBA Avropa Kubokunda müntəzəm mövsümdə oynamaq şansı qazanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir