Cəmiyyət

Füzulidə inşa edilən bir sıra yerlərə baxış keçirilib

Sharing is caring!


Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun üzvləri Füzulidə bir sıra yerlərə baxış keçiriblər.

“Report” xəbər verir ki, onlar Özbəkistan Respublikası tərəfindən inşa edilən tam orta məktəbin, Qazaxıstan tərəfindən tikilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə baxış keçiriblər.

Bununla yanaşı, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Füzulidə tikdiyi evlərlə tanış olublar.

Xatırladaq ki, bu gün Füzuli Beynəlxalq Hava Limanında Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclası keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir