Dünya

İsveç Türkiyəyə ekstradisiya üçün PKK üzvlərinin siyahısını hazırlayıb

Sharing is caring!

İsveç Türkiyəyə ekstradisiya üçün Kürdüstan İşçi Partiyası (PKK) üzvlərinin siyahısını hazırlayıb.

Məlumata görə, siyahıya 10 nəfərin adı daxil edilib.

Qeyd edək ki, Türkiyə İsveç və Finlandiyaya ölkədə qadağan olunmuş PKK üzvlərinin ekstradisiyası üçün yazılı tələb göndərib.

Xatırladaq ki, Madriddə keçirilən NATO sammiti ərəfəsində Türkiyə, İsveç və Finlandiya təhlükəsizliklə bağlı memorandum imzalayıb. Ölkələr terrorla mübarizə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir