Cəmiyyət

Bakıda qadını motosiklet vurub

Sharing is caring!


Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Yeganə İdris qızı Aslanova yolu keçərkən onu motosiklet vurub.

Yaralı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir