Cəmiyyət

“Dərman almağa 88 manatımız çatmır” – Anadan kömək çağırışı – FOTO

Sharing is caring!


Beta-talassemiyanın ağır formasından əziyyət çəkən 12 yaşlı Aliimran İsmayılzadənin həyatını xilas etmək üçün ona ən qısa zamanda sümük iliyi transplantasiyası lazımdır.

Media.Az xəbər verir ki, bunun üçün lazım olan 120 min manat onun ailəsi üçün böyük məbləğdir. Əməliyyat təkcə baha başa gəldiyinə görə deyil, həm də beş ildir Aliimrana donor tapa bilmədiklərinə görə mümkün olmayıb.

Uşağın anası, Kürdəmir rayon sakini Aygül İsmayılovanın sözlərinə görə, 12 ildir ki, övladı ancaq qan köçürüldüyünə və külli miqdarda dərman qəbul etdiyinə görə yaşayır:

“Ona kömək edən yeganə şey budur. Ayda üç dəfə Bakıya gəlirik. Hər dəfə həkim bizə ümumi qiyməti 90 manata yaxın olan dərmanlar yazır. Təkcə dərmanlara ayda azı 200 manat xərcləyirik. Hazırda əlimdə resept var, ona yazılan dərmanların qiyməti 88 manat edəcək. İnanın ki, mənim bu məbləği ödəməyə imkanım yoxdur. Biz tamamilə əlacsız vəziyyətdəyik, nə edəcəyimi bilmirəm”.

Qeyd edək ki, Aliimranın anası 180 manat maaşla bağçada tərbiyəçi işləyir, həyat yoldaşı isə satıcıdır. Onlar 12 yaşlı oğullarından başqa daha iki azyaşlı oğlan böyüdürlər. Ailə ilk dəfə deyil ki, bu dəhşətli xəstəliklə üzləşir, Aliimranın əmisi 22 yaşında talassemiyadan dünyasını dəyişib.

“Bizə kömək etməyinizi xahiş edirəm. Dərman olmasa, oğlum çox yaşamayacaq. Onun vəziyyəti hər gün daha da pisləşir. Buna baxmayaraq, oxumağı və həmyaşıdları ilə ünsiyyət qurmağı sevdiyi üçün məktəbə getməyə güc tapır. Əvvəllər çətin anlarımızda soydaşlarımız bizə kömək ediblər. Ümid edirik ki, yenə bizi tək qoymayacaqsınız”, – deyə Aygül İsmayılova bildirib.

Biganə qalmayan hər kəsi Aliimranın probleminə həssas yanaşmağa və bacardıqca kömək etməyə səsləyirik.

Kapital Bank kartına pul köçürməklə ailəyə köməklik göstərə bilərsiniz: 4169 7377 0510 2842.

Aygül xanımla əlaqə nömrəsi: +994 51 653 46 76

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir