Cəmiyyət

Rayonlar üzrə itkin düşmüş azərbaycanlıların basdırıldığı məzar yerlərinə aid xəritələr tərtib edilib – FOTO

Sharing is caring!


“Azərbaycanın rayonları üzrə itkin düşmüş azərbaycanlıların basdırıldığı məzar yerlərinə aid xəritələr tərtib edilib”.

Bunu “Report”a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, Dövlət Komissiyası tərəfindən toplanmış məlumatlar əsasında rayonlar üzrə məzar yerlərinə aid xəritələr tərtib edilib:

“Plana uyğun olaraq həmin məzar yerlərində qazıntı və ekshumasiya işləri aparılacaq”.

Xatırladaq ki, E.Səmədov itkin düşmüş azərbaycanlıların basdırıldığı məzar yerlərinin siyahısını açıqlayıb. O qeyd edib ki, vaxtilə işğalda olmuş Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Aşağı Seyidəhmədli, Məlikcanlı, Yuxarı Veysəlli kəndləri, Cəbrayıl rayonunun Dərzili, Çaytumas kəndi istiqamətində, Kəlbəcər rayonunun Bağırlı, Yanşaq, Qamışlıq, Ağdaban kəndi yaxınlığında, “Buzluq” dağı adlanan ərazidə, “Murovdağ” yüksəkliyində, Kəlbəcər şəhəri ərazisində, Suqovuşan kəndində, Ağdam rayonunun Sarıcalı, Qaraqaşlı, Güllücə kəndləri, Qubadlı rayonunun Göyyal kəndi, Şuşa şəhərindəki qəbiristanlıqda, Xocavənd rayonunun Edilli kəndi və hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndi şəhəri, Xocalı və Xocavənd rayonlarının, həmçinin keçmiş Ağdərə rayonunun ərazisində məzar yerləri mövcuddur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir