Cəmiyyət

Kirayələdiyi avtomobili narkotik vasitənin təsir altında idarə edən şəxs və sərnişinləri saxlandılar

Sharing is caring!


Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının Xüsusi taqımının əməkdaşları KIA markalı avtomobilin sürücüsünü təhlükəsizlik kəmərini bağlamadığı üçün saxlayıblar. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sənədlərin yoxlanılması zamanı sürücü, Şəmkir şəhərində qeydiyyatda olan 21 yaşlı İmran Bayramovun davranışlarında narkotik vasitənin təsirindən yaranan sərxoşluq vəziyyətinin əlamətləri müşahidə olunduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.

Müayinə zamanı İmran Bayramovun kirayələdiyi avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunduğundan barəsində qanunamüvafiq tədbirlər görülüb.

Bununla yanaşı, saxlanılan avtomobilin yük yerindən ayrı-ayrı qablaşdırılmış ümumi çəkisi 1 kiloqram olan iki bükümdə narkotik vasitəyə bənzər maddə aşkar olunduğundan həmin nəqliyyat vasitəsində sərnişin qismində gedən Bakı şəhər sakini Orxan Gəncəliyev və Masallı rayon sakini Gülər Abdinova ərazi aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir