Cəmiyyət

Qanunsuz kəsilmiş ağacların daşınmasının qarşısı alındı

Sharing is caring!


Gecə saatlarında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən Qəriblər meşəbəyliyinin 8 saylı dolayında qanunsuz olaraq kəsilmiş ağacların daşınmasının qarşısı alınıb.

Bu barədə Oxu.Az-a Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov məlumat verib.

O qeyd edib ki, kəsilən ağaclar “Mersedes” markalı 99 TH 576 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınmasının qarşısı alınıb.

Onun sözlərinə görə, ağac materialı yüklənmiş nəqliyyat vasitəsi Regional Meşə Təsərrüfatı Mərkəzinə gətirilərək boşaldılıb:

“Bununla bağlı rayon polis şöbəsinə məlumat verilib. Hazırda araşdırma aparılır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir