Cəmiyyət

Neftçala və Salyandan Türkiyədə zəlzələdən zərər çəkənlərə 25 tonluq yardım göndərilib – FOTO

Sharing is caring!

Neftçala və Salyan rayonundan qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə 25 tonluq yardım göndərilib.

“Report”un Aran bürosunun məlumatına görə, bu gün Neftçala rayonundan Türkiyədə zərərçəkənlərə dəstək məqsədi ilə isti geyimlər, yorğan-döşək, generator və digər lazım olan əşyalar TIR maşınına yüklənib.

Sonra Salyana gələn həmin yük maşınına əlavə olaraq dərman preparatları, quru qida məhsulları, yorğan-döşək, isti geyimlər yüklənib.

Neftçala və Salyandan zəlzələdən zərər çəkənlərə ümumilikdə 25 tonluq yardım yola salınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir