Cəmiyyət

Azərbaycanın quru sərhədləri ilə ölkəyə gəlib, ölkədən gedənlər kimlərdir?

Sharing is caring!


Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanın quru sərhədləri üç ildir ki, bağlı olsa da, ölkəyə dəmir yolu və avtomobillə gələn, bu yolla da ölkədən gedənlər var. Onların sayı kifayət qədərdir.

Bunu Dövlət Statistika Komitəsinin hər ay açıqladığı turizmin mövcud vəziyyəti haqqında məlumatdan da görmək olar.

Məsələn, rəsmi statistikaya görə, bu ilin yanvar-fevral aylarında Azərbaycana gələn 233 min əcnəbi və vətəndaşlığı olmayan şəxsin 35,1%-i və yaxud 82 mini ölkə ərazisinə dəmir yolu və avtomobillə daxil olub, iki ay ərzində Azərbaycandan xaricə gedən 218 min ölkə vətəndaşının isə 29,7%-i və yaxud 65 mini ölkə ərazisini dəmir yolu və avtomobillə tərk edib.

Komitə “Report”un sorğusuna cavab olaraq Azərbaycanın quru sərhədləri ilə ölkəyə gəlib, ölkədən gedənlərin kimliyini açıqlayıb. Məlumata görə, bunlar idxal (ixrac) yüklərini daşıyan avtomobillərin sürücüləri və yükləri müşayiət edən şəxslərdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir