Cəmiyyət

Mingəçevirdə güclü yağış fəsadlar törətdi – YENİLƏNİB + FOTO

Sharing is caring!


Axşam saatlarında Mingəçevirə yağan qısamüddətli yağış şəhərdə ciddi sel axınına səbəb olub.

“Report”un xəbərinə görə, sel suları şəhərin bütün küçə və prospektlərində müşahidə edilib.

Şəhərin əsas mərkəzi prospektində avtomobillərin hərəkətində çətinlik yaranıb. Qısamüddətli yağışdan sonra şəhərin elektrik təchizatında da fasilə yaranıb.

22:44

Goranboya güclü yağış, daha sonra isə dolu yağıb.

APA-nın məlumatına görə, bu gün saat 21 radələrində iri buz parçaları rayonun Veysli kəndində müşahidə edilib.

Dolu 10 dəqiqəyə yaxın davam edib. Hələlik ziyanla bağlı məlumat yoxdur.

Qeyd edək ki, Qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

22:10

Qax rayonuna dolu yağıb, meyvə ağaclarına ziyan dəyib.

“Report”un məlumatına görə, bu gün axşam saatlarında yağan güclü yağış rayonun Qazmalar, Oncallı, Tanqıt və​ Baydarlı kəndlərində dolu ilə müşahidə olunub.

Məlumata görə, təqribən 7-8 dəqiqə davam edən dolu meyvə ağaclarına​ ziyan vurub.

21:48

Qəbələdə güclü leysan və dolu yağıb.

APA xəbər verir ki, dolu və leysan nəticəsində şəxsi təsərrüfatlara və meyvə ağaclarına ziddi ziyan dəyib.

Qeyd edək ki, leysan və dolu 15 dəqiqə davam edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir