Cəmiyyət

Qafqaz İslam Ordusunun Azərbaycanı seçən döyüşçüsünün nəvəsi: “Babam bu kənddə əfəndi olub” – VİDEO

Sharing is caring!


Göyçayın Cəyirli kəndindəki məzarlıqda uyuyan Osman Dedeoğlu 1918-ci ildə Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun minlərlə əsgərindən biridir.

Göyçayda gedən qanlı döyüşlərdə iştirak edən Osman Dedeoğlu ağır yaralanıb və ömürlük burada qalıb.

Türk əsgərinin nəvəsi Taleh Cəbrayılovun sözlərinə görə, babasının kənddə böyük hörməti olub:

“Babam bu kənddə əfəndi olub. Kənd camaatı onu ağsaqqal kimi xeyir və şərində başa çəkib”.

Qeyd edək ki, O.Dedeoğlu 1984-cü ildə 94 yaşında vəfat edib və türk əsgərinin məzarı bu gün də sakinlər tərəfindən ehtiramla yad olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir