Cəmiyyət

Bakıda Rusiya ordusunda xidmətlə bağlı bukletlər paylanır? – FOTO

Sharing is caring!


Bakı şəhərində Rusiya ordusunda xidmətlə bağlı bukletlərin paylandığı iddia edilib. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bukletlər Rusiya ordusunda xidmətlə bağlı “babalarımız kimi, vətən üçün çiyin-çiyinə duraq” başlığı ilə paylanıb.

Belə ki, Rusiya uğrunda döyüşmək, hərbi əməliyyatlara qoşulmaq müqabilində Rusiya vətəndaşlığı, mənzil, yüksək maaş, ailə üçün xeyli güzəştlər və imtiyazlar vəd edildiyi bildirilir.

Bukletdə qeyd edilib ki, müqaviləni imzalayan şəxs altı aylıq xidmətdən sonra Rusiya vətəndaşlığı alır. Əgər şəxs vətəndaşlığı alırsa, özü və ailəsi üçün rəsmi mənzil almaq hüququ qazanır. 

Digər iddiaya əsasən isə sözügedən bukletlər Rusiyada azərbaycanlıların kompakt yaşadığı ərazilərdə paylanılır. 

Tələb şəxslərin 18-60 yaş aralığında olmasıdır. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu barədə məlumatlıdırlar, məsələ araşdırılır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir