Cəmiyyət

Füsunkarlığı ilə dünyada məşhur olan Göygöl Milli Parkının 15-ci ili – FOTO

Sharing is caring!


Bu gün Kiçik Qafqaz sıra dağlarının şimal-şərq yamacında yerləşən, əsrarəngiz göllərlə əhatə olunan  Göygöl Milli Parkının yaranma günüdür.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Oxu.Az-a açıqlamasında bildirib ki, füsunkarlığı ilə dünyada məşhur olan Göygöl Milli Parkı Qafqazda ilk yaradılan və xüsusi mühafizə olunan təbiət ərazilərindən biridir:

“Milli park ətraf mühitin mühafizəsi, yüksək dağ ekosisteminin, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub-saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 aprel tarixli Sərəncamı ilə yaradılıb. Yüksək dağlıq və meşəlik landşafta malik olan milli parkda Kox şamı, giləmeyvəli qaraçöhrə, Qafqaz xarıbülbülü, meymun səhləbi, Qafqaz süsəni, paradoksal süsən, gözəl zəfəranı, quş növlərindən Qafqaz tetrası, saqqallı kərkəz, imperator qartalını, vəhşi heyvanlardan Qafqaz maralı (nəcib maral), bezoar keçisi, meşə pişiyi, Qafqaz cüyürü, adi vaşaq, qonur ayı, qızıl xallı balıq və s. göstərmək olar.

Nazir müavini onu da qeyd edib ki, gözəlliyi ilə diqqət çəkən Göygöl Milli Parkı xüsusi mühafizə olunan təbiət əraziləri arasında ən çox turist qəbul edən milli parklar siyahısındadır.

Qeyd edək ki, 2022-ci ildə Göygöl Milli Parkını 270 mindən çox turist ziyarət edib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir