Cəmiyyət

Naxçıvanda bir sıra küçə və prospektlərdə təmir-bərpa işləri aparılır – FOTO

Sharing is caring!


Naxçıvan şəhərinin bir sıra küçə və prospektlərində təmir-bərpa işləri aparılır.

“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən bir sıra küçələrdə işıqlandırma dirəkləri, qaz xətləri və yol kənarlarındakı səkilərdə təmir-bərpa işləri davam etdirilir.

Şəhərin Heydər Əliyev prospektində və Nizami küçəsində yol kənarlarının işıqlandırılması daha da yaxşılaşdırılır. Bu məqsədlə sözügedən ərazidə təmir-bərpa işləri aparılır.

Həmçinin Naxçıvan Dövlət Universiteti üçün tikilən rektorluq binasının yerləşdiyi ərazidəki 10 kilovatlıq elektrik hava xəttində təmir-bərpa işləri görülür.

Şəhərin Atatürk və Əziz Əliyev küçələrində isə yol kənarlarındakı sökülmüş bordürlər yenidən səliqəyə salınıb.

Qaraxanbəyli kəndində isə qaztənzimləyici və sabitləşdirici qurğulara baxış keçirilib, xətlər yoxlanılaraq sızmalar aradan qaldırılıb, boyama işləri aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir