Cəmiyyət

Manaf Ağayev həbs olunmuş oğlundan danışdı: “Bir səhv idi etmişdi”

Sharing is caring!


Tanınmış müğənni Manaf Ağayev bir neçə gün bundan öncə azadlığa buraxılan oğlundan danışıb.

Bu barədə Oxu.Az-a danışan sənətçi oğlu Müşfiq Ağayevin səhv etdiyini bildirib:

“Bir səhv idi etmişdi, onun da cəzasını çəkdi. Başqa problem yoxdur. Artıq evdədir”.

Xatırladaq ki, Manaf Ağayevin oğlu Müşfiq Ağayev mart ayının 13-də sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb və Səbail rayon məhkəməsinin qərarı ilə Müşfiq Ağayev 5 sutka həbs edilmişdi.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir