Cəmiyyət

İbrahim Borçalı: “Oqtayın ürəyində heç vaxt problem olmayıb”

Sharing is caring!


“Hər kəsə zamanında ölüm qismət olsun”.

Oxu.Az xəbər verir ki, bu sözləri mərhum tanınmış televiziya prodüseri, rejissor Oqtay Əliyevlə vida mərasimi zamanı müğənni İbrahim Borçalı deyib.

İ.Borçalı qeyd edib ki, Oqtay Əliyevlə sonuncu dəfə 5 ay öncə görüşüb.

“Sonuncu dəfə ay yarım olar danışdıq. Beş ay bundan öncə görüşmüşük. O çox sərt görünsə də, gözəl, zarafatcıl idi, savadlı idi.

Ürəyində heç vaxt problem olmayıb. Nə oldusa, birdən-birə oldu. İnsanları vaxtsız itiririk. Hər kəsə zamanında ölüm qismət olsun”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir