Cəmiyyət

Zaqatalada arvadını öldürən kişi istintaqa təslim oldu – YENİLƏNİB

Sharing is caring!


Zaqatalada arvadını öldürməkdə şübhəli bilinən şəxs könüllü olaraq istintaqa təslim olub.

Zaqatala Rayon Prokurorluğundan verilən xəbərə görə, martın 17-si saat 09 radələrində 1989-cu il təvəllüdlü Firəngiz Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Məhəmməd Didiyevin Zaqatala şəhərində yerləşən mənzillərdən birində keçmiş arvadı Firəngiz Yusifovanı odlu silahla atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhəmməd Didiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. 

İbtidai istintaq davam edir.

09:56

Zaqatala rayonunda qətl hadisəsi qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, hadisə saat 9 radələrində Zaqatala şəhəri, Dədə Qorqud meydanı yaxınlığında yerləşən evdə baş verib.

Firəngiz Yusifova ailə münaqişəsi zəminində yaşadığı evdə ov tüfəngi ilə qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı Məhəmməd Didiyev saxlanılıb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir