Cəmiyyət

Cəlilabadda avtoyuma məntəqəsinin işçisi müştərinin BMW-si ilə qəza törətdi: Xəsarət alan var – FOTO

Sharing is caring!


Cəlilabad rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib.

“Report”un məlumatına görə, hadisə Cəlilabad şəhərinin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, avtoyuma məntəqəsinin işçisi avtomobil sahibinin etibarından sui-istifadə etməklə BMW markalı minik avtomobilini avtoyumadan götürüb. O, avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törədib və nəticədə zəncirvari qəzaya səbəb olub. Qəza zamanı 4 avtomobil toqquşub.

Qəza nəticəsində sürücülərdən biri, Biləsuvar rayon sakini, 1982-ci il təvəllüdlü Bəhruz Quliyev xəsarət alıb. Yaralı rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir