Cəmiyyət

Çinin xüsusi nümayəndəsi: “Azərbaycan strateji baxımdan vacib nöqtədə yerləşir”

Sharing is caring!

“İlk dəfədir bu konfransda iştirak edirəm, Azərbaycanın qonaqpərvərliyi, zəngin mədəniyyəti və tarixi çox xoşuma gəldi”.

APA xəbər verir ki, bunu X Qlobal Bakı Forumunda iştirak edən Çin Hökumətinin Avropa Məsələləri üzrə xüsusi nümayəndəsi, vaxtilə BMT-nin Baş katibini əvəzləmiş və Çinin Almaniyadakı keçmiş səfiri Vu Honqbo deyib.

O, Çinin “Vahid kəmər, vahid yol” layihəsinin 100-dən çox ölkəni ətrafında birləşdirdiyini xatırladıb. Vu Honqbo Azərbaycanla Çin arasında strateji əməkdaşlığa da toxunub.

“Azərbaycanla strateji baxımından uzunmüddətli, tarixi əlaqələrimiz var. İkitərəfli münasibətlərimiz yaxşı səviyyədədir, bu il diplomatik münasibətlərimizin 31-ci ilini qeyd edirik. Ötən 30 il ərzində biz Azərbaycanla yaxşı dost olmuşuq, əməkdaşlığımız, iqtisadi əlaqələrimiz inkişaf edib, sizin Prezidentiniz ölkəmizə səfər edib. Ötən il Şanxay konfransında liderlərimiz görüşüb və bu görüşdə tərəflər münasibətlərimizin inkişaf etdirilməsi ilə bağlı konsensus əldə edib. Hər iki ölkə əməkdaşlıqla bağlı sahələri müəyyən edib ki, bura infrastruktur, transportasiya və s. daxildir. Azərbaycan strateji baxımdan vacib nöqtədə yerləşir. Ötən aylar ərzində karqo daşımaları ilə bağlı artımı müşahidə etmişik. Bizim şirkətlərimiz birgə layihələr həyata keçirə bilər, bununla bağlı zəngin potensial var”, – o deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir