Cəmiyyət

Lənkəranda iki avtomobil toqquşdu: Ölən və yaralananlar var – FOTO

Sharing is caring!

Lənkəran şəhərində iki avtomobil toqquşub, ölən və yaralılar var.

“Report”xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospektində baş verib.

Belə ki, “Tofaş” və “Toyota Prius” markalı avtomobillərin toqquşması nəticəsində Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Səfərova Sevinc Ağamehdi qızı vəfat edib.

Səfərova Sevincin oğlu, 2002-ci il təvəllüdlü Səfərli Şəkər Samir oğlu isə ağır xəsarət alıb. Digər yaralı, Lənkəran rayon Digah kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Akşin Manaf oğlunun vəziyyəti isə kafidir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir