Cəmiyyət

Sosial şəbəkələrdə milyonlarla abunəçisi olan livanlı aşpaz “Şah plov” hazırladı – VİDEO

Sharing is caring!


“Instagram”, “TikTok” kimi məşhur sosial şəbəkələrdə milyonlarla abunəçisi olan Abir Əl-Sağir adlı livanlı aşpaz Azərbaycan mətbəxinin şah əsərlərindən olan “Şah plov” hazırlayıb.

24 yaşlı aşpaz “Şah plov”u “Sarı gəlin” nəğməsinin sədaları altında təqdim edib.

Video qısa müddət ərzində bir milyona yaxın baxış qazanıb.

Məlumat üçün əlavə edək ki, Abir Əl-Sağir ali təhsilini Livanda interyer-dizayn sahəsində alıb.

Hazırda təkcə “TikTok”da 23 milyon abunəçisi olan qadın dünyanın müxtəlif ölkələrinin yemək nümunələrini hazırlayaraq sosial şəbəkə hesablarında paylaşır.

Livanlı həvəskar aşpaz ərəb dünyasının ən nüfuzlu qadınlarından biri hesab olunur.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir