Cəmiyyət

“Qaradağ Şüşə Zavodu”nun səhmləri investisiya müsabiqəsinə çıxarılacaq

Sharing is caring!

“Özəlləşdirmə komissiyası yaradılıb”.

Oxu.Az xəbər verir ki, bunu “Qaradağ Şüşə Zavodu” ASC-də mediatur zamanı jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin özəlləşdirmə şöbəsinin rəisi Əziz Mirzəyev deyib.

Onun sözlərinə görə, investisiya müsabiqəsi layihəsi hazırlanır:

“İnvestisiya müsabiqəsinə “Qaradağ Şüşə Zavodu” ASC-nin səhmlərinin 85%-i çıxarılacaq”.

Ə.Mirzəyev sonda qeyd edib ki, müsabiqə bu il oktyabrın 10-da elan ediləcək.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir