Dünya

9 yaşlı yeniyetmə futbolçu Ukrayna ordusuna yolsuzluq avtomobili hədiyyə etdi

Sharing is caring!

Ukraynanın Lvov şəhərinin “Rux” futbol klubunun 9 yaşlı gənc yetirməsi Luka Aronov Ukrayna Silahlı Qüvvələri üçün pul vəsaitinin yığılmasında iştirak edib.

Gənc futbolçu atası ilə birlikdə evlərində olan müxtəlif markaları hərraca çıxarıb.

Yığılan vəsait hesabına Ukrayna Silahlı Qüvvələrinin cəbhədə artıq istifadə etdiyi yolsuzluq avtomobili alınıb.

“Hesab edirəm ki, belə bir məqamda hər bir ukraynalı öz ölkəsinə xeyir verməlidir, ona görə də biz ordumuz üçün vəsait toplamaq qərarına gəldik”, – “Rux” futbol klubunun gənc futbolçusu bildirib.

Mənbə: Unian

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir