Cəmiyyət

Azərbaycanın ilk özəl aviaşirkəti ləğv olunur

Sharing is caring!

“Turan Air” MMC ləğv olunduğunu elan edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, kreditorlar tələblərini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Turan Air” 1994-cü ildə yaradılıb, Azərbaycanın ilk özəl aviaşirkətidir. Onun nizamnamə kapitalı 2,47 milyon manatdır. Şirkətin ilk təsisçiləri ovaxtkı “Azərbaycan Hava Yolları” Dövlət Konserni (indiki “Azərbaycan Hava Yolları” QSC – AZAL) və ABŞ-nin “ITI Trading International” şirkəti olub. 1997-ci ildə AZAL təsisçilərin sırasından çıxıb, aviaşirkət “Turan Air” “Azərbaycan-Ofşor” birgə müəssisəsi adı altında yenidən dövlət qeydiyyatına alınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir