Cəmiyyət

Elşad Əsgərov: “Bu gün zooparklarda nadir heyvanların sayı artırılır və çəkilişlər aparılır”

Sharing is caring!

Zooparkların yaradılması bütün insanların təbiətə səfər edə bilməməsi səbəbindən ərsəyə gəlib. Kimsə təbiətdə heyvanı müşahidə edə bilmədiyi, evində də bu şəraiti yarada bilmədiyi üçün zoopark buna ən münasib variantdır.

Oxu.Az xəbər verir ki, bu fikirləri Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin sədri Elşad Əsgərov Nazirliyin “Facebook” hesabında yayımlanan “Ekspert saatı”nda çıxışı zamanı deyib.

E.Əsgərov bildirib ki, heyvanları görmək istəyənlər zooparka gəlirlər:

“İndiki zooparklar artıq əvvəlki kimi deyil. Burada nadir heyvanların nəslinin artırılmasına üstünlük verirlər. Zooparklarda nadir heyvanların gündəlik həyatı əks olunan filmlər çəkilir. Bizim zooparklarda da bu layihələrə başlanılır. Hətta Bakı Zooparkında, eləcə də İsmayıllıda dörd baş Qafqaz nəcib maralı bu layihə üçün istifadə olunacaq”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir