Cəmiyyət

Zaqatalada heyvanların kütləvi ölümü: 50-ə yaxın cəsəd tapıldı – FOTO

Sharing is caring!

Zaqatalada heyvanların kütləvi ölümü baş verib. 

Yerli sakinlərin Lent.az-a verdikləri məlumata görə, rayon Muxax kəndi ərazisində yol kənarında 50-ə yaxın xırdabuynuzlu heyvanın cəsədləri aşkar edilib. 

Dərhal hadisə barədə rayon rəhbərliyinə və baytarlıq xidmətinə məlumat verilib. 

Əraziyə gələn mütəxəssislər araşdırmalara başlayıblar.

Heyvanlar öldüyü üçün onlardan nümunələr götürmək mümkün olmayıb. Ərazi dezinfeksiya edilib və cəsədlər basdırılıb. 

Qoyunların hansı şəraitdə və nədən ölmələri məlum deyil.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir