AKTUAL

Əlil anası prezidentə və vitse -prezidentə yalvardı – Ağdam icra başçısı barədə ölçü götürülsün(VİDEOMÜRACİƏT)

Sharing is caring!

Ağdam icra başçısında şikayət var.
İxa.az bildirir ki, əlil anası icra başçısı ilə bağlı videomüraciət edib.
Bildirib ki, “evim zəlzələdə bərbad hala düşüb. yağış başımıza tökülür. Oğlum əli, həyat yolaşım ağır xəstədir. Özümdə heç yerdə işləmirəm. Dəfələrlə Ağdam rayon icra başçısı Vaqif müəllimin qəbuluna getsəmdə məni bir dəfə qəbul edib, bildirdi ki, “bizdə də vəziyyət pisdi vəsait yoxdur, səni də işlə təmin edə bilmirəm, gedin başınızın çarasinə baxın..”.
Mən bir ana kimi yalvarıram mənə köməklik edin.İcra başçısına yazdığım onlarla məktub cavabsız qalıb. Hörmətli prezidentimizə Mehriban xanım Əliyevaya müraciət edirəm, icra başçısı mənim kimi yüzlərlə vətəndaşı baxımsız və carəsiz buraxıb. Şikayətimiz heç yerə yetişmir.
Əlil anası olaraq sizlərə yalvarıram, İcra başçısı ilə bağlı ciddi tədbir görün cənab prezident. hörmətli Mehriban xanım!”

Qeyd edək ki, hörmətli prezidentimizin  diqqəti və qayğısı cəbhə zonalarına xüsusidir. Dəfələrlə Ağdam rayonuna ayrılan vəsaitlər buna sübutdur. Vətəndaşların maddi durumunun yaxşılaşdırılması üçün prezidentin ayırdığı yardımlar, karantin dövründə insanlara göstərilən qayğılar, işsizlərn Dost işi vasitəsi ilə işlə təmin edilməsi və s görülən dövlət səviyəli tədbirlər, görünür Ağdam rayonuna aid olmayıb. Prezidentin icra başçısıarı və məmurlarla bağlı son sərt çıxışlarını görünür Vaqif Həsənov hələ də qulaqardına vurur. Allah bəlasın göndərməsin. Bizə yazıb işıqlandırmaq düşər…

Ətraflı videoda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir