Cəmiyyət

“Ukrayna dairəsi”ndə piyada keçidində lift işləmir – VİDEO

Sharing is caring!

Xətai rayonunda piyadaların və nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə edilən ərazidə yerüstü piyada keçidində qoyulan lift işləmir. 

Oxu.Az xəbər verir ki, söhbət “Ukrayna dairəsi” kimi tanınan ərazidən gedir. Belə ki sosial şəbəkələrdə paylaşılan videoda piyada keçidində qoyulan liftin işləməməsi səbəbindən yaşlı insanların, eləcə də uşaq arabası ilə olan şəxslərin yolu qarşıdan-qarşıya keçməsində ciddi çətinliklər yaşanıb. 

Liftin artıq üç günə yaxındır işləmədiyi iddia edilir. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidəki problemdən məlumatlıdırlar:

“Məsələ nəzarətdədir. Problemin qısa zamanda həlli üçün zəruri addımlar atılır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir