Cəmiyyət

Talassemiyalı uşaqlar üçün yığılan yardımları mənimsəyən qadın həbs edildi – ÖZƏL

Sharing is caring!

Talassemiya xəstəsi olan uşaqlar üçün toplanmış vəsaitləri mənimsəyən qadın həbs edilib. 

Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova haqqında artıq cinayət işi başlanıb. 

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. 

Xatırladaq ki, Nuridə Seyidovanın talassemiyadan əziyyət çəkən uşaqların əməliyyat edilməsinə dəstək adı ilə valideynlərin külli miqdarda vəsaitini mənimsədiyi haqqında redaksiyamıza şikayətlər daxil olmuşdu: valideynlərdən biri – Tural Nəsmiyev Oxu.Az-a müraciət etmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir