Cəmiyyət

Bakıda temperatur iqlim normasından 6 dərəcə yüksəkdir

Sharing is caring!

“Hazırda ölkə ərazisində yüksək temperatur rejimi qeydə alınır, Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 6 dərəcə yüksəkdir. Temperaturun bu gedişi daha çox mart ayı üçün uyğundur. Hətta bu gün Laçında havanın temperaturu 24, Füzulidə 16, Abşeronda 17 dərəcəyədək yüksəlib”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, fevralın son günlərində havanın mülayim keçməsi yazın gəlişinin müjdəsidir.

Xidmət rəisi qeyd edib ki, həmçinin keçən il də Od çərşənbəsində temperatur iqlim normasından 6 dərəcə yüksək olub.

“Bu il Abşeron yarımadasında və bəzi bölgələrdə havanın temperaturu 17-19 dərəcəyədək yüksəlib. Baharın yaxınlaşmasının ilk əlamətlərini bildirən Od çərşənbəsi bu il ölkə ərazisində, əsasən, sabit, yağmursuz, dumanlı hava şəraiti ilə səciyyələnir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir