Cəmiyyət

Od çərşənbəsində 34 000 ağac əkilib – FOTO

Sharing is caring!

Novruz bayramının ən əlamətdar günlərindən olan Od çərşənbəsində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Şabran, Göygöl, Sabirabad, Şirvan, Xaçmaz, Quba, Ağdaş, Ağstafa, Tovuz, Şəmkir, Ağcabədi, İmişli, Masallı rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində ümumilikdə 34 000 müxtəlif növ ağac tingi əkilib, 125 kiloqram toxum səpilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov Novruz bayramının xüsusi günlərindən olan çərşənbələrdə ağacəkmə aksiyalarının keçirilməsinin ölkəmizdə artıq ənənəyə çevrildiyini və ictimaiyyət nümayəndələrinin də bu tədbirlərdə yaxından iştirak etdiklərini vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir