Cəmiyyət

“Real”ın futbolçusu səsvermədə Messini seçdi, təhqirlərə məruz qaldı

Sharing is caring!

“Real”ın futbolçusu David Alaba Madrid klubunun azarkeşlərinin qəzəbinə tuş gəlib. 

Oxu.Az xəbər verir ki, buna onun FIFA-nın ilin ən yaxşı oyunçusuna verilən “The Best” mükafatçı üçün səsverməsində Lionel Messini ilk sırada qeyd etməsi səbəb olub. Avstriya millisinin kapitanının komanda yoldaşı Kərim Benzemaya deyil, uzun illər “kral klubu”nun əzəli rəqibi “Barselona”da çıxış etmiş Messini seçməsi fanatları hiddətləndirib. 

Azarkeşlər sosial şəbəkələrdə müdafiəçinin ünvanına tənqid və təhqirlər yazıblar. “Twitter”də “Alabaout” həştəqi trendə düşüb. Narazı fanatlar bununla onu komandanı tərk etməyə çağırıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir