Cəmiyyət

Masallıda kişini parçalayan itin sahibi polisdir? – FOTO/VİDEO

Sharing is caring!

Fevralın 24-də Masallının Viləş kəndində sakinlərə hücum edən it məhv edilib.

Bu barədə heyvan hüquqları müdafiəçisi Nicat İsmayılov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, fevralın 24-də Masallının Viləş kəndində sahibi olan it üç nəfərə hücum edib:

“47 yaşlı Ceyhun Fərəcov dünyasını dəyişib, digər iki şəxs isə yaralanıb”.

O iddia edib ki, həmin it rayonun Viləş kəndindən olan polis əməkdaşı Rövşən Ələmovundur:

“O, heyvanı uzun müddətdir saxlayır, qanunsuz it döyüşlərində döyüşdürürdü. Vəhşi hala gəlmiş it insanlara hücum edirdi. Sonra isə iti də öldürdülər”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, iddialar həqiqəti əks etdirmir:

“Adıçəkilən vətəndaş Rövşən Ələmov polis əməkdaşı deyil. İtlərin öldürülməsi ilə bağlı informasiya yanlışdır. Hazırda həmin itlər baytar nəzarəti altında saxlanılır.

C.Fərəcovun ölüm faktı ilə bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır”.

Qeyd edək ki, bir neçə gün əvvəl Masallıda üç itin hücumuna məruz qalan 40 yaşlı kişi dünyasını dəyişib. Kənd sakinlərinin sözlərinə görə, Ceyhun adlı kişi örüş sahəsində qoyun otarırmış. Həyət evlərindən çıxan üç it ona hücum edib.

Ceyhunun səsini eşidən iki nəfər köməyə gəlib. Amma onlar hadisə yerinə çatana qədər üç it Ceyhunu parçalayıb. Sakinlər həmin şəxsin hadisə yerində can verdiyini deyiblər.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir