Cəmiyyət

Qəbələdə avtomobillər toqquşdu: Xəsarət alanlar var – FOTO

Sharing is caring!

Qəbələdə avtomobillər toqquşub, iki nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Qəbələ-Ağdaş avtomobil yolunun Qəbələ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində “Opel” də olan iki nəfər, Göyçay rayon sakinləri Elşən Səmədov və Elgün Səmədov xəsarət alıblar. Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir