Dünya

AVRO-2028-in keçiriləcəyi ölkələr məlum oldu

Sharing is caring!


2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına (AVRO-2028) ev sahibliyi edəcək ölkələr müəyyənləşib.

Turnir Böyük Britaniya (İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya) və İrlandiyada təşkil olunacaq. Bu, Türkiyə Futbol Federasiyasının namizədliyini geri götürməsindən sonra bəlli olub. UEFA-nın oktyabrın 10-da qərarı açıqlayacağı bildirilir.

Qeyd edək ki, daha əvvəl Türkiyə və İtaliya 2032-ci ildə keçiriləcək Avropa çempionatını birgə təşkil etmək üçün UEFA-ya müraciət edib.

Mənbə: skysports.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir