Cəmiyyət

27 yaşlı gənc kəskin leykozdan əziyyət çəkir: Xəstəlik yenidən qayıdıb – FOTO

Sharing is caring!

27 yaşlı Kamran Mustafalı kəskin leykozdan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun əmisi Mübariz Mustafayev məlumat verib. 

O bildirib ki, Kamran 2021-ci ildə bir dəfə ilik nəqli əməliyyatı keçirib.

“Kamran 3 ildir kəskin leykozdan əziyyət çəkir. 2021-ci ildə ilik nəqli əməliyyatı keçirsə də, xəstəlik yenidən qayıdıb. Hazırda Kamranın vəziyyəti ağırdır. Təcili ilik nəqli əməliyyatı keçirilməlidir”

Mübariz Mustafalı bildirib ki, əməliyyat üçün 60-100 min dollar arası məbləğə ehtiyac var.

“Əməliyyat üçün 60-100 min dollar arası məbləğə ehtiyac var. Həmin məbləğin 40 000 manatını artıq toplamışıq. Amma qalan məbləği toplamaq üçün imkanımız çatmır. Yardımsevər şəxslərdən Kamrana dəstək olmalarını, onun yenidən həyata qayıtmasına kömək olmalarını xahiş edirəm. İnanın səhhətinə görə Kamran hazırda çox gərgindir. Ömrünün ən gözəl dövrünü xəstəxanalarda, xəstəliklə keçirmək çox ağırdır”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaş Kamran Mustafalı ilə bağlı müraciət araşdırılıb. Valideyn övladının qan xərçəngindən (Leykoz) əziyyət çəkdiyini qeyd edərək, B.Ə Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda qeydiyyatda olduğunu bildirib və hazırda Türkiyədə müalicə aldığını qeyd edib. Sümük iliyinin köçürülməsi əməliyyatı ilə bağlı köməklik göstərilməsini xahiş edib. Vətəndaşa icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınmadığı bildirilib.

Ailə ilə əlaqə: 055 294 33 22

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir