Cəmiyyət

Paytaxtda maşın sərnişin avtobusuna çırpılıb: Xəsarət alan var – FOTO

Sharing is caring!

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Gəncə prospektində qeydə alınıb.

Belə ki, “Toyota Prius” markalı minik maşını “BakuBus” MMC-yə məxsus 7A saylı avtobusa çırpılıb.

Qəza nəticəsində “Toyota Prius”a ciddi ziyan dəyib. Bir nəfərin yüngül xəsarət aldığı bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir