Cəmiyyət

Türkiyədəki zəlzələdən zərərçəkənlərə azərbaycanlı qadın hərbçilərdən psixoloji dəstək – FOTOREPORTAJ

Sharing is caring!

Azərbaycan FHN-nin əməkdaşları olan qadın psixoloqlar Türkiyədə fevralın 6-da baş verən və əsrin fəlakəti olaraq xarakterizə edilən zəlzələlərdən sonra çadır şəhərciklərində məskunlaşan zərərçəkənlərə psixoloji dəstək verirlər.

“Anadolu” agentliyi bununla bağlı reportaj hazırlayıb.

Həmin reportajı təqdim edirik:

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.

Hadisə nəticəsində 41 mindən çox insan həlak olub.

Ötən gün də Hatayda 5,8 və 6,4 bal gücündə zəlzələlər baş verib. Hadisə zamanı 6 nəfər həlak olub, 300 nəfər xəsarət alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir