Cəmiyyət

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi Su çərşənbəsi ilə bağlı paylaşım edib – VİDEO

Sharing is caring!

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi Su çərşənbəsi ilə bağlı paylaşım edib.

“Su həyatın başlanğıcı, axarı, davamlılığıdır. Təbiəti, insanı var edən ünsürlərdən biridir. Elə bu səbəbdən də ata-babalarımızın suya duyduğu minnətdarlıq onu Novruz bayramının rəmzlərindən birinə çevirib. Təkcə tarixiliyi deyil, həm də təbiəti ilə seçilən Şuşanın incilərindən biri də Çətir şəlaləsidir. Ondan süzülüb gələn hər bir su damlası ürəyimizi, həyatımızı nurla doldursun! Su çərşənbəmiz mübarək!”, – deyə paylaşımda bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir