Cəmiyyət

Evində meyiti tapılan qadın qətlə yetirilib? – VİDEO

Sharing is caring!

Şəmkirdə üzərində xəsarət izləri olan qadın meyiti tapılıb.

Hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb. Mərhumun qohumları onun mülk üstündə qətlə yetirildiyini iddia ediblər.

“Deyirlər, təzyiqi var idi, ona görə öldü. Amma onu evin içində sürüyüblər”, – deyə qohumlardan biri bildirib.

Qeyd edək ki, həyat yoldaşı bir neçə il əvvəl ölən 63 yaşlı Əntiqə Məmmədova evdə tək yaşayırmış. Onun Bakıda yaşayan qızı anası ilə əlaqə saxlaya bilmədiyindən qonşulara zəng edib və qadının ölümü bu zaman aşkarlanıb. 

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə yerləşdirilib. Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi başlanılıb, faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir