Cəmiyyət

“Azərbaycanda zəlzələ olacaqmı?”: “Danışaq” layihəsinin qonağı seysmoloq Qulam Babayevdir – VİDEO

Sharing is caring!

Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı videomüsahibə təqdim edib.

Ənənəvi cümə podkastının budəfəki qonağı Yer elmləri üzrə elmlər doktoru, seysmoloq, dosent, “Bakı şəhəri ərazisinin seysmik riskinin qiymətləndirilməsi” mövzusu üzrə namizədlik dissertasiyasının müəllifi Qulam Babayevdir.

Həmid Həmidovla söhbəti zamanı elmlər doktoru Türkiyədə baş verən zəlzələ və bunun nəticələri, zəlzələnin öncədən proqnozlaşdırılmasının mümkün olub-olmaması, daha az insan tələfatı və ziyan dəyməsinin qarşısının alınması üçün görülə biləcək tədbirlər, dünya ölkələrində zəlzələnin yarada biləcəyi dağıntıların azaldılması istiqamətində görülən işlər barədə məlumat verib.

Qulam Babayev həmçinin Azərbaycanda belə bir zəlzələ ehtimalının olması ilə bağlı da fikirlərini bildirib. O qeyd edib ki, Azərbaycan seysmik zonada yerləşdiyi üçün hər zaman zəlzələ ehtimalı mövcuddur, lakin bunun nə zaman baş verəcəyini tam dəqiqliyi ilə demək çətindir.  

Ətraflı videoda:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir