Cəmiyyət

“Uşaqlar yol hərəkət qaydalarını necə bilirlər?” mövzusunda intellektual yarış keçirildi – FOTO

Sharing is caring!

“Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 95 nömrəli tam orta məktəbdə “Uşaqlar yol hərəkət qaydalarını necə bilirlər?” mövzusunda 17 fevral 2023-cü il tarixində intellektual yarış keçirilib.

Oxu.Az xəbər verir ki, məqsəd uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi, yol mədəniyyəti barədə məlumatlılığı artırmaq və onların yeni biliklər öyrənməsini təmin etməkdir.

Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova, 95 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən Elvin Aslanlı, təlim-tərbiyə işləri üzrə direktor  müavinləri Tahir Ağayev, Aynur Ağayeva, Uşaq Birliyinin rəhbəri Günay Rəsulova,1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin əməkdaşları, müəllimlər, uşaqlar və valideynlər iştirak ediblər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova və 1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparıb, məktəb ərazilərində yol hərəkəti qurbanlarının azaldılması məqsədilə görülən işlərdən danışıblar. Uşaqlara mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Tədbir zamanı mövzu ilə bağlı yarış keçirilib. Yarışın münsiflər heyəti Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova, Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Ülkər Mahmudova, 95 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Tahir Ağayev, Aynur Ağayeva, Uşaq Birliyinin rəhbəri Günay Rəsulova olublar.

20 nəfər ibtidai sinif şagirdlərindən təşkil olunmuş 4 komanda arasında keçirilən yarışda uşaqların yol hərəkəti qaydaları ilə bağlı nəzəri bilikləri ekranda əks olunan suallarla yoxlanılıb. “Sərnişinlər” komandası I, “Nizamlayıcı” komandası II, “Piyadalar” komandası III, “Sürücülər” komandası IV yeri tutaraq diplom və təşəkkürnamə ilə təltif olunublar.

Sonda 95 nömrəli tam orta məktəbin rəhbərliyi yarışın təşkilatçılarına təşəkkürünü bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir