Kriminal

Xaçmazda “Hyundai” “Mercedes”lə toqquşdu: Ölənlərin kimliyi məlum oldu – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!

Xudatda baş vermiş avtomobil qəzasında dünyasını dəyişənlərin kimliyi məlum olub.

“Report” xəbər verir ki, ölənlər “Mercedes” markalı minik avtomobilinin sərnişinləri Seyidoğlu İslam Hüseyn oğlu, Vahidov Nizami Vahid oğlu və Ramiyev Elmar Mehdi oğludur.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

19:08

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Gəndob-Yalama yolunun “4-cü şöbə” adlanan hissəsində baş verib.

“Hyundai” və “Mercedes” markalı maşınların toqquşması nəticəsində üç nəfərin öldüyü, səkkiz nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir