Cəmiyyət

Sabunçuda silsilə oğurluqlar edən şəxslər saxlanıldılar – FOTO/VİDEO

Sharing is caring!

Sabunçu rayonunda bağ evlərindən və metal qəbulu məntəqəsindən silsilə oğurluqlar edən 5 nəfər saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Bilgəh qəsəbəsində yerləşən bağ evlərindən təmir-tikinti və məişət əşyaları oğurlayan dəstə üzvləri – Qalib Hüseynov, Heybət Həsənov və Habil Dadaşov saxlanılıblar. Həmin şəxslərin qeyd edilən qəsəbə və ətraf ərazilərdə yerləşən 10-a yaxın evdən oğurluqlar etdikləri müəyyən edilib. Oğurlanan əşyaların bir qismi dəstə üzvlərindən aşkar olunaraq götürülüb.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı Maştağa qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsindən 50 kiloqram mis, latun oğurlayan, eləcə də evlərdən oğurluqlar edən Murad Rəhimov və Elman Dünyamalıyev saxlanılıblar.

Faktlarla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir