Cəmiyyət

Sumqayıt və Abşeronun bəzi hissələrində təbii qaz verilişi dayandırılıb

Sharing is caring!

Bu gün səhər saat 10:00-dan etibarən Sumqayıt şəhərinin və Abşeron rayonunun bəzi qəsəbələrində təbii qaz verilişi dayandırılıb.

Bununla bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) Sumqayıt Qaz İstismarı Sahəsindən (QİS) abonentlərə xəbərdarlıq edilib.

Xəbərdarlıqda deyilir ki, fasiləyə səbəb Sumqayıtın Çerkassi küçəsində yeraltı ortatəzyiqli 530 mm-lik qaz kəmərində sızmanın aradan qaldırılmasıdır.

Sumqayıt QİS-in Qəza xidməti tərəfindən işlər tamamlanana qədər Novruz, Təzə və Köhnə Corat qəsəbələri, Yaşıldǝrǝ yaşayış massivi, Novxanı, Qurd dərəsi, Metallurq, Corat və Saray bağları, 47, 48, 49, 50, 51, 52-ci məhəllələr, 12, 13, 16 17, 18, 20 və 21-ci mikrorayonlarda yaşayan abonentlərin qaz təchizatı dayandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir