Cəmiyyət

AZAL Parisə uçuşları bərpa edir

Sharing is caring!

Bu yaz “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Fransanın paytaxtı Parisə uçuşları bərpa edir.

Bu barədə Oxu.Az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Cədvəldə həftədə 2 dəfə – çərşənbə axşamı və cümə günləri Bakıdan Parisə və əks istiqamətdə uçuşlar nəzərdə tutulub. İlk uçuş mayın 9-u həyata keçiriləcək.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir